Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar və ya 0,22% artaraq 58,53 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% azalaraq 64,75 dollar olub.