Fevralın 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105002692 ISIN kodlu, tədavül müddəti 782 gün olan 30 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
FED.az nazirliyə istinadən xəbər verir ki, istiqrazlara tələbat həmişəki kimi yüksək olub - investorlar tərəfindən təqdim edilən sifarişlərin məbləği 128,2 milyon manat təşkil edib. Nəticədə istiqrazların gəlirliyi 10%-ə düşüb. «Maliyyə Nazirliyi tərəfindən 30.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.7886(gəlirlilik 10.0000%) səviyyəsində müəyyən edilib»deyə nazirlik bildirir. İstiqrazların ödəmə müddəti 11 fevral 2020-ci ildir.
Xatırladaq ki, dünən Azərbaycan Mərkəzi Bankının notları üzrə keçirilən hərracda da tələbat notların həcmini 4 dəfədən çox üstələmişdi.
Dövlət istiqrazları üçün növbə yaranıb – HƏRRAC
16:22
13 Fev 2018