İnvestorlar bu həftə inflyasiya məlumatlarının açıqlanmasını gözləyərkən, həftənin ilk əməliyyat günündə dollar indeksində müsbət tendensiya müşahidə edildi.
Amerikadan inflyasiya, İngiltərədən ÜDM göstəriciləri birjalara yön verə bilər - “InvestAZ”dan HƏFTƏLİK ANALİZ
Analitiklər bildiriblər ki, iyul ayı üçün inflyasiya məlumatları ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) növbəti addımları haqqında bir çox suallara aydınlıq gətirə bilər.
FED İdarə Heyətinin üzvü Mişel Bauman, iqtisadi məlumatlar inflyasiyada azalmanın dayandığını göstərdiyi təqdirdə, gələcək iclasda faiz artırmağa hazır olmaları lazım olduğunu bildirib.
Bauman, inflyasiyanı hədəfə çatdırmaq üçün yəqin ki, əlavə faiz artımlarına ehtiyac olacağını və qərar verərkən inflyasiyanın ardıcıl və mənalı bir eniş yolunda olduğuna dair dəlil axtaracaqlarını ifadə edib.
Bugün isə Amerikada açıqlanacaq ticarət saldosu və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri İnvestorların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, hazırda 101.80 bənd səviyyəsindən dəstək alaraq 102.40 bənd hədlərinə qədər yüksələn DXY-da “Buğalar” qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər. “Ayılar”ın güclü olduğu bir ssenaridə isə 100.00 bənd səviyyəsi olduqca önəmli psixoloji dəstək həddi olaraq aktuallığını qoruyur.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.