Ukrayna əhali tərəfindən kriptovalyuta istifadəsinə görə dünya liderinə çevrilib, lakin bazarın böyük hissəsi qanunsuzdur.
Eləcə də bax: Azərbaycanda ilk kriptovalyuta birjası yaradıldı - MANATLA BİTKOİN SATILIR
FED.az xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi "The Chainalysis" analitik blokçeyn şirkətinin məlumatına istinadən xəbər yayıb.
Nazirlikdən bildirilib ki, Ukraynanın virtual aktivlər bazarı kifayət qədər inkişaf edib və hətta qlobal miqyasda da əhəmiyyətli dərəcədə dövriyyəsi mövcuddur. Lakin bununla yanaşı, bu dövriyyənin böyük əksəriyyəti "kölgədə" cəmləşib. Bu isə öz növbəsində, həm dövlətə, həm biznesə, həm də istifadəçilərə potensial risklər yaradır.
Virtual aktiv bazarındakı yüksək göstəricilər ölkədəki çoxlu sayda proqramçıların olması ilə izah edilir.
Bundan əlavə, bəzi ukraynalılar rəqəmli texnologiyalara yaxşı bələddirlər, həmçinin Ukrayna dünyada nağdsız ödənişlər baxımından ilk beşliyə daxildir.
Bank köçürmələrində mövcud məhdudiyyətlər səbəbindən ukraynalıların bu əməliyyatların kriptovalyutada aparmaları daha asandır. Ölkədəki virtual aktivlər investisiya üçün daha əlverişli sayılır, nəinki daşınmaz əmlaka və ya Ukraynanın fond bazarlarına edilən yatırımlar.
"apa"