Dünyanın kriptovalyuta bazarında qiymətlər yenidən sürətlə artmağa başlayıb.
FED.az xəbər verir ki, bitkoinin qiyməti son bir sutkada 4%-ə yaxın artaraq artıq 10 min dolları keçib. Bakı vaxtilə saat 9-20-də bitkoin 10,1 min dollardır.
Xatırladaq ki, dekabr ayında sürətlə bahalaşaraq 20 min dollara qalxan bitkoin yanvar-fevral aynıda zəifləyib, fevralın əvvəlində isə sürətlə ucuzlaşaraq 6 min dollara düşmüşdü. Amma son 10 gündə qiymələr yenidən artaraq 10 min dolları keçib. Bu dövrdə bitkoin 70-ə yaxın bahalaşıb.
Etheriumun qiymətində isə ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 12 dollar və ya 1,2% ucuzlaşaraq 928 dollar olub. Son həftə ərzində isə Etherium 132 dollar və ya 16,5% bahalaşıb. Kriptovalyutalardan ən çox bahalaşma Waves-də(19,74%), ən çox ucuzlaşma isə U.CASH-də(40,04%) müşahidə olunub.
Bitkoini almayanar başlarına vururlar – YENİ QİYMƏT
09:29
16 Fev 2018