Dünyanın kriptovalyuta bazarında kütləvi ucuzlaşma başladı.
FED.az xəbər verir ki, son sutka ərzində əsas virtual valyutalar yenə də bahalaşmağa başlayıb. Fevralın 2-nə olan nəticələrə görə, yüz əsas kriptovalyutadan yalnız 1-nin – DigixDAO-nun qiyməti bahalaşıb, yerdə qalan 99 kripto pul isə ucuzlaşıb. Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 1307 dollar və ya 12,9% ucuzlaşaraq 8756 dollara enib. Son bir həftə ərzində isə bitkoin 2851 dollar və ya 24,5% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 174 dollar və ya 15% ucuzlaşaraq 964 dollar olub. Son həftə ərzində isə Etherium 115 dollar və ya 10,6% ucuzlaşıb.
Ən çox ucuzlaşan kriptovalyuta isə Ardor-dur. Bu virtual pul 35,12% ucuzlaşıb.
Əsas kriptovalyutalardan yeganə bahalaşan DigixDAO isə 51,37% yüksəlib.
Bitkoindən mənfi rekordlar - 8000-ə düşdü
09:00
2 Fev 2018