Bu gün yanvarın 29-da dünyanın kriptovalyuta bazarında yenidən geriləmə müşahidə edilib.
FED.az xəbər verir ki, son sutka ərzində əsas virtual valyutalar bir qədər bahalaşsa da Bitkoin yenidən ucuzlaşmağa başlayıb. Yanvarın 29-da səhər saatlarında əsas 100 virtual valyutadan yalnız 25-nin qiymətində bahalaşma müşahidə edilir. Digər 75 kriptovalyuta dəyərini itirməyə başlayıb.
Onların sırasında əsas virtual valyutalar da var. Ən böyük kapitallaşmaya malik olan Bitkoin bu gün 1,77% ucuzlaşaraq 11,5 min dollara düşüb.
Etherium isə 6,06% bahalaşaraq 1 224 dollar olub. PÖtən həftə bir qədər mövqeyini möhkəmlədən Ripple da bahalaşmaqda davam edir. Bu gün həmin virtual valyutanın dəyəri 6,50% dəyər qazanaraq 1,37 dollara qalxıb.
Ən böyük ucuzlaşma isə Walton-nun qiymətində baş verib. Bu virtual valyuta 17,35% dəyər itirərək 36 dollara düşüb.
Bitkoin öz sahiblərini məyus etdi - QİYMƏTLƏR
09:44
29 Yan 2018