“Civic”-in CEO-su Vinni Linqhem Bitcoin Cash-in Bitcoin-dən daha qiymətli olduğu qənaətindədir.
“CNBC”-yə verdiyi açıqlamada niyə Bitcoin-in ən sevmədiyi coin olduğunu və hansı səbəbdən ən istifadəyə yararlı Bitcoin Cash-i hesab etdiyini açıqlayıb:
“Bitcoin və Bitcoin Cash bir-birindən tamamilə fərqli 2 bazara yönəldilmişdir. Bu iki məhsul bazarda fərqli ehtiyaclara xidmət edir”.
Bitcoin Cash 2017-ci ilin avqust ayında açılmış və Bitcoin-in haçalanması nəticəsində yaranmış bir coindir. Bu yeni kriptovalyuta 8 MB-lıq blok ölçüsünə malikdir. Bitcoin-də isə bu göstərici 1 MB-a bərabərdir. Bu da o deməkdir ki, Bitcoin Cash müştərilərinə daha sürətli əməliyyatlar vəd edir.
Linqhemin Bitcoin Cash-in Bitcoin-dən daha yaxşı olduğuna inanmağının səbəblərindən biri budur:
“Vəziyyətə məhsul baxımından baxdıqda P2P nağd pula olan tələbin rəqəmsal qızıla olan tələbdən daha çox olduğunu görürəm”.
Linqhem satın alınacaq, satılacaq və özündə saxlanılacaq kriptovalyutaların hansılar olduğu ilə bağlı verilən sualı belə cavablandırıb:
“Bitcoin və Ethereum saxlanılmalı, Bitcoin Cash satın alınmalı, Litecoin isə satılmalıdır”
Linqhem həmçinin Litecoin-ə heç bir maraq göstərmədiyini, çünki onun Bitcoin ilə “eyni texnologiyaya” sahib olan, lakin fərqli mədənçilik alqoritmiylə proqramlaşdırılmış bir kriptovalyuta olduğunu, bu səbəbdən satılmasını məqsədəuyğun hesab etdiyini söyləyib. Eyni zamanda, Çarli Linin sahib olduğu bütün Litecoin-ləri satmaq qərarını da söylədiklərinə bariz bir nümunə olduğunu vurğulayıb.
Linqhemdən savayı Bitcoin Cash-in məşhur istifadəçiləri arasında “Bitcoin Jesus” kimi tanınan və Bitcoin.com-un qurucusu olan Rocer Ver də var. Ötən il Verin söylədiklərinə görə, insanlar Bitcoin Cash-in məşhurluğunun artması ehtimalına görə Bitcoin-lərini birjalarda dəyişməli idilər. Onun sözlərinə görə, Bitcoin Cash almaq üçün Bitcoin-in satılması daha asan olacaq.
Hazırda Bitcoin Cash-in qiyməti 1714.94 dollardır və bazar dəyəri 29045 milyard dollar təşkil edir.