Bitkoin-in qiyməti 6 min 300 dollardan da aşağı düşərək son 12 həftənin ən aşağı səviyyəsini görüb.
Bakı vaxtı ilə saat 07:15-də virtual pul vahidi Bitcoin-in dəyəri 6 min 258 dollara qədər geriləyib və gündəlik ucuzlaşma 25 faiz olub.
Beləliklə, 13 Noyabrdan bu yana ən aşağı dəyərinə çatan Bitcoinin son 8 gündəki itkiləri 45%-ə çatıb.
Son 8 gündə Bitkoinin bazar dəyəri 40 milyard dollar "əriyib"
ABŞ-ın iri bank təşkilatlarından JPMorgan Chase, Bank of America və Citigroup kriptovalyutalardakı dəyişkənlik və risk səbəbilə müştərilərinin kredit kartları ilə kriptovalyuta almalarına icazə verməyəcəklərini açıqlayıblar.
Asiya ölkələrində Bitkoin-in nəzartə götürülməsinə və kiber təhlükəsizlik narahatlıqlarına diqqəti çəkən mütəxəssislər, bunun kriptovalyutalarda kəskin ucuzlaşmaya səbəb olduğunu vurğulayırlar.