Bitcoin-ə tətbiq olunan yenilik əvvəlkilərdən fərqlənir. Səthi bir şəkildə “Segwit” üzərində dəyişikliklər etmək və blok ölçülərini tənzimləmək əvəzinə “Bitcoin Private” (BTCP) “zk-Snarks” funksiyalarını əlavə edir. Bu gizlilikartırıcı xüsusiyyət ZCash, ZClassic və ZenCash kimi Z coin qəbilindən olacaq.
Vəzifə: Bitcoin-i yenidən gizli etmək
Bütün forklar kimi “Bitcoin Private”-in də bəzi mübahisəli aspektləri var. Bitcoin-in əsasını təşkil edən kod illərdir dəyişmir, qanuni tətbiqlər, IRS və Blockchain texnologiyası ilə məşğul olan digər təşkilatlar əməliyyatları izləyə bilmir. Əvvəlki dövrdən fərqli olaraq tez-tez yoxlamalar, birjalara dövlət tərəfindən müdaxilə və məlumatlandırmanın artması Bitcoin-in gizliliyini xüsusilə riskli edir. Monero kimi gizlilik əsasında qurulmuş coinlərin yüksəlişi bu cür hadisəlrə həll məqsədi daşıyır.
Fevralın 28-də BTC və ZCL cüzdanlarında olan hesabların sürəti çıxarılacaq. Hesablarda saxlanılan ZCL və ya BTC-ləriniz 1:1 nisbəti ilə “Bitcoin Private” ilə ödəniləcək. BTC və ZCL-in dövriyyədəki miqdarı birləşdirilərək 20 milyon coin hazırlanacaq. Haçalanma ötən ilin sonlarında açıqlandıqda ZClassic-in dəyəri dekabrın 22-də 4 dollardan 97 dollara qədər artmışdı. Haçalanmanın olma tarixinin qeyri-dəqiqliyi ilə ZClassic artmağa davam edəcək.