Dünyanın kriptovalyuta bazarında kütləvi ucuzlaşma davam edir.
FED.az xəbər verir ki, fevralın 5-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın hamısı ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 835 dollar və ya 9,1% ucuzlaşaraq 8264 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 3324 dollar və ya 28,6% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 105 dollar və ya 11% ucuzlaşaraq 846 dollar olub.
Son həftə ərzində isə Etherium 380 dollar və ya 30% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Dent-də(23%) müşahidə olunub.
Bitkoin 1000 dollara yaxın ucuzlaşdı - QİYMƏTLƏR
09:32
5 Fev 2018