Dünyanın kriptovalyuta bazarında dünən axşam saatlarından başlayan kütləvi bahalaşma hələ də davam edir. FED.az xəbər verir ki, fevralın 15-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin isə son sutka ərzində 967 dollar və ya 10,9% bahalaşaraq 9802 dollara yüksəlib. Son bir həftə ərzində isə bitkoin 1644 dollar və ya 20,1% bahalaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 73 dollar və ya 8,4% bahalaşaraq 940 dollar olub. Son həftə ərzində isə Etherium 123 dollar və ya 15% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma WAX-da(94,11%), ən çox ucuzlaşma isə U.CASH-də(32,87%) müşahidə olunub.
Bitkoin 10 min dollara yaxınlaşdı – QİYMƏTLƏR
09:20
15 Fev 2018