Apple şirkətinin həmtəsisçilərindən biri olan Stiv Voznyak Stokholmda keçirilən Nordic Business Forum konfransında jurnalistlərə bütün bitcoinlərini satdığını deyib.
O daha əvvəl də bildirmişdi ki, rəqəmsal aktivləri hələ 1 bitcoin 700 dollar olduqda sadəcə maraq üçün əldə etmişdi.
Onun sözlərinə görə, kriptovalyuta bumu qiymət dəyişkənliyinin artıq narahatedici səviyyəyə çatmasına qədər maraqlı idi. Nəticədə, Voznyak bütün bitcoinlərini 2017-ci ilin dekabrında, 1 BTC 20 min dollar ətrafında olduqda satıb.
Qeyd edək ki, Apple həmtəsisçisi bitcoin rəqəmsal valyutasının bir sıra xüsusiyyətlərinə görə qızılı üstələdiyini bəyan etmişdi. O, əsas olaraq qeyd etmişdi ki, onun əsas üstün cəhətlərindən biri məhdud emissiyasıdır.