Bitcoin, ABŞ Mərkəzi Bankının (FED) faiz artırmağa son qoyacağına dair ümidlər və ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Bitcoin birja fondlarını təsdiqləyəcəyi gözləntiləri fonunda 17 aydan çox müddətdə ən yüksək səviyyəyə qalxıb.
FED.az xəbər verir ki, ən böyük rəqəmsal token olan Bitcoin son 24 saatda 4 faiz bahalaşaraq cümə axşamı 35 min 840 dollara satılıb.
Bəzi kiçik kriptovalyutalar, o cümlədən Solana şəbəkəsinin SOL tokeni, sentyabrın ortalarından bəri 142 faiz bahalaşaraq 42 dollara qədər yüksəlib.
Bu il Bitcoin-in, SEC-in "BlackRock Inc" kimi şirkətlərin birbaşa Bitcoin-ə sərmayə yatıracaq ilk ETF-ləri işə salmaq üçün müraciətlərini təsdiqləyəcəyi gözləntiləri ilə dəyəri iki dəfədən çox artıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.