Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104001877 ISIN-li, 30 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 98 mln. manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 30 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 94,4259 (gəlirlilik 5,9356%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 11 yanvar 2022-ci ildir.