12 oktyabr 2023-cü il tarixində Böyük Britaniyanın nüfuzlu “International Finance Magazine” (IFM) platforması tərəfindən maliyyə və biznes kateqoriyaları üzrə 2023-cü ilin qalibləri müəyyən edilib.
FED.az xəbər verir ki, “Bakı Fond Birjası” QSC-nin yaydığı məlumatda bildirilir ki, hər il fərqli sektorlar üzrə qaliblərin elan olunduğu platformada bu il “Bakı Fond Birjası”QSC “İlin Ən Yaxşı Alternativ İnvestisiya Təklifləri” (“Best Alternative Investment Offerings”) nominasiyasında mükafata layiq görülüb.
Qeyd edilib ki, 2016-cı ildən “International Market Metrics” (Beynəlxalq Bazar Metrikləri) adlı təlim bölməsini təsis edən IFM aparıcı bazarlarda geniş bazar araşdırmaları və sektor tələblərinin təhlili əsasında korporativ təlimlər keçirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.