21-ci əsrin əvvəllərində rəqabət hüququnun tətbiq olunmasında ölkələr müxtəlif problemlər yaşayırlar.
Elnur Bağırov: "TDT-yə üzv ölkələrin rəqabət orqanlarının fəaliyyətində koordinasiya möhkəmlənməlidir"
FED.az biznes və maliyyə xəbərləri portalının Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumu" çərçivəsində keçirilən "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusundakı panel müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, günümüzün problemləri keçmişdə yaşamadığımız şəkildə ortaya çıxan və çox ciddi bir mübarizə aparılmasını tələb edən problemlər qrupudur:
"Bu problemlərə ilk növbədə həddindən artıq monopoliyalaşma, çox ciddi bir bazar gücü, bu bazar gücünün iqtisadiyyatlara gətirdiyi yan təsirlər, həddindən artıq mənfəətlilik və bərabərsizlikləri aid etmək olar. Bütün bu ünsürləri bir yerdə nəzərə aldığımız zaman rəqabət qurumları öz iqtisadiyyatlarının təhlükəsizliyini təmin etmək üçün hər cür mübarizəni öz daxillərində apardıqları kimi, birlikdə də aparmalıdırlar. Çünki qarşımızdakı iqtisadiyyat sərhəd tanımır. Milli sərhədlər daxilində sıxışıb qalmayan bir iqtisadi reallıqla qarşı-qarşıyayıq".
"Bütün Türk cümhuriyyətlərinin, Türk Dövlətləri Təşkilatının rəqabət qurumlarının bir araya gəlməsi və birlikdə hərəkət etmək istəyi, cəhdləri, bu inkişafı birlikdə təmin etməsi son dərəcə önəmli və çox qiymətlidir.Böyüklük (iqtisadi miqyas) deyərkən ölkəmizdə, ölkələrimizdə mövcud olan sənaye, ticarət və ümumi olaraq kapitaldan bəhs etdiyimizdə, söhbət sadəcə yerli kapitaldan getmir. Hər zaman arzu etdiyimiz, ölkələrimizdə görmək istədiyimiz xarici kapitalın da varlığı bir şəkildə nizam-intizama salınmalıdır. Çünki biz Türk Rəqabət Qurumu olaraq apardığımız çox sayda araşdırmalardan, təhqiqatlardan, sektor hesabatlarından və təhlillərdən görürük ki, bəzi xarici kapital şirkətləri öz ölkələrində çox ciddi şəkildə riayət etdikləri qaydalara, bizim ölkələrimizdə arzu etdiyimiz dərəcədə riayət etmirlər", - deyə o, əlavə edib.














