Dünyada iqtisadi hadisələr çox böyük bir sürətlə baş verir, iri şirkətlər, rəqəmsal platformalar və transmilli korporasiyalar arasında mürəkkəb münasibətlər formalaşır.
Səməd Bəşirli: "Azərbaycan ilə TDT ölkələri arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dolları keçib"
FED.az biznes və maliyyə xəbərləri portalının Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumu" çərçivəsində keçirilən "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusundakı panel müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, bu şəraitdə, rəqabəti qorumaq üçün yaxın hüquqi çərçivə peşəkar rəqabət orqanlarının mövcudluğu və o orqanlar arasında məlumat mübadiləsi mütləqdir:
"Eyni zamanda bazar monitorinqlərinin keçirilməsi də vacibdir. Bu monitorinqlərin nəticəsi olaraq iqtisadi təhlillər və onun üzərindən verilən mühüm qərarlar hamısı regional koordinasiya üçün tərtib olunmalıdır".
"Bu müstəvidə transmilli şirkətlərin rəqabət mühitinə təsiri mütləq diqqət mərkəzində olmalıdır. Bu korporasiyalar investisiya, texnologiya, idarəetmə təcrübəsi və qlobal bazarlara çıxış baxımından mühüm üstünlüklər yaradır, müxtəlif ölkələrdə fəaliyyət göstərərək beynəlxalq iqtisadi əməkdaşlığa töhfə verir. Rəqəmsal ekosistemlərdə yeni biznes modellərinin formalaşmasına təkan verir. Bu tendensiyalar xüsusilə rəqəmsal platformalarda – dünyada elektron ticarət, onlayn reklam, ödəniş sistemləri və data əsaslı xidmət sahələrində daha qabarıq şəkildə müşahidə olunur. Transmilli korporasiyaların daxili bazarlardakı fəaliyyəti yerli oyunçular üçün rəqabət riskləri yarada bilər və rəqabət orqanları bu yerli oyunçuları birgə olaraq müdafiəsini nəzərdən keçirməlidir. Bu şəraitdə, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin rəqabət orqanları arasında əməkdaşlığın genişləndirilməsi vacib elementdir", - deyə o, bildirib.














