"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın möhkəmlənməsi xüsusi strateji əhəmiyyət kəsb edir".
Səməd Bəşirli: "Azərbaycan ilə TDT ölkələri arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dolları keçib"
FED.az biznes və maliyyə xəbərləri portalının Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumu"nda çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, qlobal iqtisadiyyatın sürətlə dəyişdiyi və rəqabət mühitinin getdikcə mürəkkəbləşdiyi müasir dövrdə müvafiq sahə üzrə effektiv tənzimləmələrin rolu daha da artır:
"Bazarlarda rəqabət prinsiplərinin qorunması, sahibkarların maneəsiz fəaliyyətinin təmin olunması, istehlakçı rifahının yüksəldilməsi, eləcə də innovasiyaların təşviqi və uzunmüddətli tərəqqi üçün zəmin yaradır. Bu baxımdan, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın möhkəmlənməsi xüsusi strateji əhəmiyyət kəsb edir. Ortaq sivilizasiya və tarixi iqtisadi bağlar ölkələrimiz arasında təcrübə mübadiləsini, birgə yanaşmaların təhqiqini və təşkilati əlaqələrin genişləndirilməsini şərtləndirir".














