Müasir dövrün ən gəlirli sahələrdən biri də birjalarda “manevr”etməkdir. Bu tendensiya bütün dünyada mövcuddur. Bir çox investorlar məhz birjada uğurlu hesab etdikləri məhsullara pul yatırmaqla gəlir əldə edirlər. Bəs Azərbaycanda necə,? Birjadan necə gəlir əldə etmək olar? Birja barədə suallarına cavabını AzFinance İnvestisiya şirkəti cavablandırıb.
Minumum pulu birjada nəyə yatırsam gəlir əldə edərəm?
Yerli bazarda məhsul az olsa da banklar, sığorta şirkətləri və s məhsulları tanıyırlar. Amma fiziki şəxslər demək olar ki, məhsullardan xəbərsizdilər. Misal üçün SOCAR istiqarazları çıxdı sadə camaat bundan sonra istiqraz barədə daha çox məlumatlar əldə etdi. Hazırda dövlət istiqrazları da birjada aktiv dövriyyə olunur. Onlar qısa müddətli və orta müddətlidir. İstiqrazlarda gəlirliklər dəyişə bilir. Qısa müddətli istiqrazlar 91 və 182 günlük olur. Ortamüddətli istiqrazlar isə öz növbəsində 1 illik, 2 illik (728 günlük) və 3 illik (1092 günlük) olur.
Qısa müddətli istiqrazlar
Istiqraz borc kağızıdır. Misal üçün 91 günlük dövlət istiqrazı. Dövlət istiqrazlarının hamısının nominalı 100 manat olur. Qısa müddətli istiqrazlar adətən diskontlu olur. Bir istiqrazın qiyməti 100 manatdır və o hərrac tarixində 100-dən aşağı alınırsa, ödəmə tarixində, yəni istiqraz silinəndə 100 manatla geri alınır. Nominal qiymətlə alış qiyməti arasında qalan fərq investorun gəliri hesab olunur. Adətən sığorta şirkətləri, banklar və İpoteka Fondu istiqrazlara böyük maraq göstərir.
Kuponlu istiqrazlar da var
Kuponlu istiqrazlar sabit bazar şəraitində adətən 100 manat və ya ondan artıq qiymətə satılır. Kuponlu istiqraz hər 6 aydan bir sabit kupon ödənişi edir. Həmçinin kuponli istiqrazın effektiv gəlirliyi olur.
Həmçinin birjada səhmlər də almaq mümkündür. Bu beynəlxalq təcrübədə də geniş yayılıb. Tutalım ki, hər hansı bir şirkət İPO (İlkin Kütləvi Təklif) edir. Bu zaman həmin şirkətin səhmlərini alan şəxslər şirkətin mənfəətindən sahib olduğu səhm hissəsi nisbətində dividend (pay) əldə edir. Amma bu bir qədər risklidir.
Birjada daha stabil gəlir gətirən məhsul hansıdır?
Birjada daha stabil gəlir gətirən məhsul yerli bazarda manatda dövlət istiqrazları, ABŞ dollarında isə SOCAR istiqrazlarıdır. Hazırda MKT İstehsalat Kommersiya MMC-nin, Bakcelin, Nikoilin və Embavoodun da istiqrazları var. Amma daha çox dövlət istiqrazları və SOCAR istiqrazları alınıb satılır.