Bazar ertəsi günü Amerikanın ən böyük sənaye indeksi olan Dow Jones-ın dəyərində 4,6% enmə baş verib.
FED.az maliyyə portalı Azərbaycanın investisiya şirkəti olan «PSG Kapital»a istinadən xəbər verir ki, ABŞ fond bazarının digər mühüm indeksləri olan S&P500 4,1%, Nasdaq isə 3,8% dəyər itirib. Paralel dəyər itkiləri həmçinin Asiya bazarlarında da müşahidə olunub.
Qeyd etmək lazımdır ki, bu, səhm bazarının 2011-ci ilin Avqust ayından bəri olan ən pis göstəricisidir.
Analtiklər səhm bazarında baş verən “böhran”-ı fərqli şərh etsələr də, səhm bazarının son göstəriciləri əsasən, dünya mərkəzi banklarının “ucuz pul siyasətini” dayandırmaları və əlaqədar olaraq uçot faizlərini artırması gözləntiləri ilə əlaqələndirilir.
10 illik Xəzinədarlıq İstiqrazlarının faiz dərəcələrində olan artım da səhm bazarı üçün təhlükə siqnalları verməyə davam etdiyindən ötən gün bazar böyük həcmdə satış əməliyyatlarının şahidi olub.
Ekspertlər bu hadisəni ümumi iqtisadiyyat üçün təhlükəli hesab etmir, və uzun müddətdir daimi qalxışda olan bazarın özünü tənzimləməsi kimi şərh edirlər.
ABŞ və Avropa Səhm Bazarı
Bağlanış %Dəyişiklik
Dow Jones: 24345.75 -4.60%
S&P 500: 2648.94 -4.10%
Nasdaq: 6967.53 -3.78%
DAX: 12687.49 -0.76%
FTSE 100: 7334.98 -1.46%
CAC 40: 5285.83 -1.48%
IBEX: 10064.50 -1.44%
VIX: 37.32 115.60%
NIKKEI: 22682.08 -2.55%
SHANGAI: 3487.50 0.73%
Amerika birjasında rekord çökmə – 2011-dən İLK DƏFƏDİR
12:56
6 Fev 2018