Cənubi Koreyanın kriptovalyuta bazarı əməliyyatlarını fiziki şəxslərin hesabları ilə aparılmasını məhdudlaşdırmasından sonra bir "zərbə" də ABŞ-dan gəldi.
ABŞ-ın ən böyük maliyyə qurumlarından JPMorgan Chase & Co., Bank of America Corp. ve Citigroup Inc., buraxdıqları kredit kartlarından Bitcoin və digər kriptovalyutaların satın alınmasını qadağan edib. JPMorgan-ın sözçüsü Mary Jane Rogers, transferlər zamanı yarana biləcək risk səbəbilə bu qərarı verdiklərini deyib.
Bank of America-dan verlən açıqlamada isə kripto transferlərinin cümə günü dayandırıldığı, qərarın bütün fərdi və korporativ kredit kartlarını əhatə etdiyi, ancaq ATM kartlarına (debet kartları) aid olmadığı qeyd olunub.
Citigroup-un sözçüsü Jennifer Bombardier isə bazardakı vəziyyətə bağlı olaraq siyasətlərini nəzərdən keçirməyə davam edəcəklərini söyləyib.
Bitcoin 18 Dekabrdan bu yana dəyərinin yarıdan çoxunu itirib və noyabrdan bu yana ilk dəfə 8 min dollardan aşağı düşüb. Bu sürətli azalmaya getdikcə artan hökumət məhdudlaşdırmaları, manipulyasiya qorxusu və Facebookun kriptovalyuta reklamlarını qadağan etməsi səbəb olub.