ABŞ prezidenti Donald Trampın müxtəlif sahələrlə bağlı mübahisəli qərarlarına və cəmiyyətdə ona münasibətin birmənalı olmasına baxmayaraq ABŞ biznesi prezidentdən tamamilə razıdır. Dövlət başçısı postuna biznesdən gəlmiş Trampın dövründə ölkə biznesi görünməmiş yüksəliş yaşayır. Artıq növbəti dəfə olaraq ABŞ-ın fond bazarları öz rekordlarını təzələyib. Yanvarın 16-da ABŞ birjaları növbəti rekordla açılıb.
FED.az xəbər verir ki, fond bazarının əsas indeksi olan «Dow Jones» ilk dəfə olaraq 26 000 səviyyəni keçib. Bu ndeks 1% artaraq 26 062,49 olub. Digər bazar indeksi «S&P 500» isə 0,55% artaraq 2801,61 olub. Elektron birja indeksi «NASDAQ» 0,91% yüksələrək 7326,88 pillə təşkil edib.
ABŞ birjaları rekord vurub
08:43
17 Yan 2018