Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank»ın kredit portfeli 1 milyard manatı keçib.
«Yelo Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, son bir ildə bankın kredit portfelində sürətli artım baş verib.
«Yelo Bank»ın rüblük hesabatlarına əsasən kredit portfelinin artımı fasiləsiz olaraq davam edib.
Belə ki, bankın müştəri krediti portfeli 2024-cü ilin sonunda 935,1milyon manat, 2025-in 1-ci rübündə 960,3 milyon manat, 2025-in 2-ci rübündə 995,2 milyon manat, 2025-in 3-cü rübünün sonunda isə 1 053 milyon 937 min manata, təqribən 1 milyard 54 milyon manata yüksəlib.
Başqa sözlə, ilin əvvəlindən bəri kredit portfelində 119 milyon manata yaxın (təqribən 13%) artım baş verib.
«Yelo Banrk»ın kredit portfelinin böyük hisəsi biznes kreditləridir. Hazırda kredit portfelinin 646,4 milyon manat və ya 61,3%-i biznes kreditlərin payına düşür. Portfeldə 312,5 milyon manat və ya 29,6%-i istehlak kreditlərinin, 95 milyon manatı və ya 9%-ni isə ipoteka kreditləri təşkil edir.
İlin əvvəlindən bəri bankın biznes kreditləri 59,2 milyon manat və ya 10%, istehlak kreditləri 49 milyon manat və ya 18,5%, ipoteka kreditləri isə 10,7 milyon manat və ya 12,8% artıb.




                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







