30 iyun 2025-ci il tarixinə “Unibank”ın depozit portfeli 1 milyard 245 milyon 193 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 40 milyon 533 min manat və ya 3,4% artım deməkdir.
Depozit portfelinin mütləq əksəriyyətini – 1 milyard 17 milyon 201 min manatını fiziki şəxslərin depozitləri təşkil edib. Hüquqi şəxslərin depozitlərinin həcmi isə 227 milyon 992 min manat olub.
İlin əvvəlindən fiziki şəxslərin depozitləri 60 milyon 772 min manat (6,4%) artıb. Bunun əksinə olaraq, hüquqi şəxslərin depozitlərində isə 20 milyon 239 min manat və ya 8,2% azalma qeydə alınıb.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi depozit portfeli 1 milyard 204 milyon 660 min manat təşkil edirdi. Bu məbləğin 956 milyon 429 min manatı fiziki, 248 milyon 231 min manatı isə hüquqi şəxslərin depozitləri idi.