“TuranBank” ASC səhmdarlarının 14 yanvar 2019-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında cəmi məbləği 15 000 848 manat olmaqla, 13864 ədəd adi, sənədsiz adlı səhmin emissiya edilməsi qərara alınmışdır.
Bankdan FED.az-a daxil olmuş məlumata görə, qərara əsasən, səhmlərin ilk mərhələsi (10 002 008 manatlıq hissəsi) - 9244 ədəd adi, sənədsiz adlı səhmləri qanunamüvafiq qaydada Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında dövlət qeydiyyatına alınmış və emissiya prosesinə başlanmışdır.
Yeni emissiyanın yerləşdirilməsindən sonra Bankın nizamnamə kapitalı təxminən 10 milyon manat artaraq 70 milyon manat təşkil edəcəkdir.
Eləcə də bax: Azərbaycan əhalisi bankdan krediti nə üçün görürür? – ARAŞDIRMA