Azərbaycanda son bir ildə kredit portfelində sürətli artım dinamikası olan banklar məlum olub.
FED.az xəbər verir ki, Azərbaycanda 30 bankdan 10-nun kredit portfeli sürətlə böyüyüb. Belə ki, ötən ilin birinci yarısı ilə müqayisədə ən çox kredit portfeli artan bank Azərbaycan Beynəlxalq Bankı olub. Bankın kredit portfeli 45.4% lıq artım göstərib.
Eləcə də bax: Azərbaycan banklarının kredit portfelinin həcminə görə - RENKİNQİ (30.06.2019)
İkinci ən çox kredit portfeli böyümüş bank AFB Bank olub ki, qeyd edilən bankın portfelinin artım dinamikası 21.4% olub. Siyahının üçüncü pilləsində 15.5% artım dinamikası ilə Bank Melli İranın Bakı filialı qərarlaşıb.
Ümumilikdə isə ən çox artım dinamikası göstərən banklar aşağıdakılardır.
Bankların adları |
2019-cu ilin 2-ci rübü üzrə nisbi dinamika (%) |
Azərbaycan Beynəlxalq Bankı |
45,4% |
“AFB Bank” |
21.4% |
“Bank Melli İran” Bakı filialı |
15,5% |
“Bank Respublika” |
12,1% |
“Naxçıvanbank” |
11,6% |
“PAŞA Bank” |
10,4% |
“Ziraat Bank Azərbaycan” |
8,0% |
“Kapital Bank” |
7,3% |
“Azərbaycan Sənaye Bankı” |
4,8% |
“Bank BTB” |
4,6% |