Xalq Bank və Visa xaricdə təhsil alan tələbələr üçün kampaniyaya start verir.
Belə ki, xaricdə təhsil alan tələbələr Visa Platinum kartını 1 illik sifariş etdikdə pulsuz, 2 və 3 illik sifariş verdikdə isə kartın satış qiymətinə və ya ilkin ödənişə 50% endirimlə əldə edəcəklər.
Xalq Bankın Visa Platinum kartı vasitəsilə dünyanın istənilən nöqtəsində müxtəlif eksklüziv xidmətlərdən yararlanmaq, vəsait nağdlaşdırmaq, onlayn alış-veriş etmək və Apple Pay/Google Pay xidməti ilə ödənişlər aparmaq mümkündür. Müştərilər bu kartlarla LoungeKey proqramı çərçivəsində dünya üzrə hava limanlarının biznes zallarına keçid, peşəkar Visa konsyerj servisi, hava limanlarında sürətli keçid (Fast Track) və Bakıda hava limanına gediş/gəliş zamanı transfer xidmətlərindən pulsuz yararlana bilərlər.
Kampaniya 31 dekabr tarixədək qüvvədədir. Kampaniyadan yararlanmaq istəyən tələbələr Bankın istənilən filialına yaxınlaşaraq kartı sifariş edə bilər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.