Özünüməşğulluq proqramı çərçivəsində iştirakını 2023-cü ildə də davam etdirən Xalq Bank daha 20 aztəminatlı ailəni kiçik bizneslərini qurmaq və ya inkişaf etdirmələri üçün zəruri avadanlıqlar ilə təmin edərək öz tövhəsini vermişdir.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilən layihənin əsas məqsədi əhalinin aztəminatlı və həssas qruplarının məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.
Qeyd edək ki, Özünüməşğulluq proqramı çərçivəsində 2021-ci ildən başlayaraq Xalq Bank tərəfindən ümumilikdə 145 ailəyə dəstək göstərilmişdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.