Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
Avropa bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
FED.az xəbər verir ki, Milli Depozit Mərkəzi (MDM) tərəfindən 01 iyul 2026-cı il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) buraxdığı, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
Kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 643,06 manat təşkil edir.
Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan, nominal dəyəri 100 000 manat təşkil edən istiqrazlar 01 oktyabr 2025-ci il tarixində yerləşdirilib.















