Azerbaijan Airlines
Loyallıq İdarəsi/Satış vəTərəfdaşlıqlar şöbəsinin rəhbəri
Son tarix 30 iyl 2026 - Müraciət et
Təsvir
- Tərəfdaşlıq portfelinin genişləndirilməsi və mövcud tərəfdaşlarla biznesin inkişafını təmin etmək
- Şöbənin satış planını hazırlamaq, icrasına nəzarət etmək və hədəflərin yerinə yetirilməsini təmin etmək
- Cəlb etmə və satış imkanlarını idarə etmək və tərəfdaşların proqrama qoşulma prosesini təmin etmək
- Kommersiya təkliflərinin və əməkdaşlıq modellərinin hazırlanmasına rəhbərlik etmək, müqavilə danışıqlarını aparmaq;
- Yeni tərəfdaş, məhsul, xidmət və kampaniyalar üzrə business case hazırlamaq və onların kommersiya səmərəliliyini qiymətləndirmək;
- Tərəfdaşlıqlarla bağlı kommersiya, maliyyə və əməliyyat risklərini aidiyyəti bölmələrlə birlikdə idarə etmək;
- Yeni vendorların seçilməsi, texnoloji həllərin və inteqrasiya layihələrinin planlaşdırılması və icrasına rəhbərlik etmək;
- Şöbənin büdcəsini idarə etmək, müntəzəm performans hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Şöbə əməkdaşlarının fəaliyyətini planlaşdırmaq, inkişafını dəstəkləmək və performansını qiymətləndirmək;
- Satış, marketinq, maliyyə, hüquq və texnologiya və digə aidiyyatı bölmələr ilə koordinasiyalı əməkdaşlığı təmin etmək.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi);
- Müvafiq sahələr üzrə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dilini C2, ingilis və rus dillərini minimum B1 səviyyəsində bilmək;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması, qərarvermə və problem həll etmə bacarıqları;
- Təqdimat hazırlamaq və təqdim etmək bacarığı;
- Strateji düşünmə, analitik yanaşma və dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı;
- Komandanı idarə etmək, əməkdaşların inkişafını dəstəkləmək və nəticəyönümlü iş mühitini formalaşdırmaq bacarığı.
İş qrafiki:
- 5 günlük.
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
















