“Sosial Xidmətlər Agentliyi” PHŞ (VÖEN: 1405196831) tender elan edib.
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Yardımlı rayonunda 10 ədəd üçotaqlı, 18 ədəd ikiotaqlı və 4 ədəd birotaqlı mənzilin satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 2 milyon 585,7 min manatdır.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Sücayət Əliyeva – Aparıcı mütəxəssis / [email protected] / +994 12 525 41 30 (5118)
Şərtlərə görə, iddiaçılar təkliflərini 28 iyul 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.















