Tamştatlı müəllimlərin əməkhaqqısı əhəmiyyətli dərəcədə yüksək olacaq.
Repetitorluğu ləğv etmək mümkün deyil – Nazir
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, elm və təhsil naziri kimi müəllimlərin əməkhaqqının mümkün qədər yüksək olmasının tərəfdarıdır, lakin əməkhaqlarının artırılması dövlətin büdcə siyasəti çərçivəsində müəyyən edilir.
Emin Əmrullayev qeyd edib ki, Bakıda və bəzi bölgələrdə repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər var və onların gəlirləri orta aylıq əməkhaqqından dəfələrlə çoxdur. (Apa)














