Xalq Bank yeni avtomobil əldə etmək istəyənlərə sərfəli şərtlərlə kredit təklif edir.
Xalq Bank Visa Business Platinum kartını - TƏQDİM EDİR
FED.az xəbər verir ki, 31 dekabradək davam edəcək kampaniya ərzində “Autolux Azerbaijan” şirkətinin təqdim etdiyi bütün avtomobil modellərini illik 10%-lə, 5 il müddətinədək kreditlə əldə etmək mümkündür.
Həmçinin, kampaniya şərtlərinə əsasən Xalq Bankın digər tərəfdaş avtodilerlərindən elektrik və hibrid mühərrikli avtomobilləri illik 10%-lə, digər mühərrikli avtomobilləri illik 12%-lə avtokreditlə əldə edə bilərsiniz.
Kampaniya müddəti ərzində Xalq Bankdan avtokredit alan bütün müştərilərə 3 illik XalqKart Petrol kartı hədiyyə edilir. XalqKart PETROL - nağdsız əməliyyatlara görə 3% Oil bonusları qazandıran ödəniş kartıdır. Kampaniya barədə ətraflı məlumat və tərəfdaş avtodilerlərin siyahısı ilə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kreditler/avtomobil
Bankın digər məhsulları haqqında ətraflı məlumatı bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.