Azərbaycanın aparıcı banklarından olan «Xalq Bank»ın 2020-ci ildə gəlirləri və mənfəəti azalıb.
Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat ilində bankın faiz gəlirləri 7%-dən çox azalaraq 103 milyon 447,5 min manat təşkil edib.
Bankın faiz xərcləri isə əvvəlki illə müqayisədə 1,7% azalaraq 19 milyon 339 min manat olub.
Nəticədə 2020-ci ildə bankın xalis faiz gəliri 5 milyon manat və ya 6% azalaraq 79 milyon manat təşkil edib.
2020-ci ildə «Xalqbank»ın qeyri-faiz gəlirləri 27,5 milyon manat, qeyri-faiz xərcləri isə 2,1% azalaraq 54 milyon 260 min manat olub.
Beləliklə bankın əməliyyat mənfəəti 52 milyon 143 min manat təşkil edib.
2020-ci ilin nəticələrinə görə, «Xalq bank» aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 19 milyon 638 milyon manat ayırıb. Aktivlər üzrə risklərin artdığını göstərən bu göstərici ötən ilin göstəricisindən 3,2 dəfə artıqdır. Belə ki, ötən il «Xalq Bank» bu məqsədlə cəmi 6 milyon manat ayırmışdı.
Mənfəət vergisi kimi ödənilən 6,8 milyon manatı da çıxdıqdan sonra «Xalq bank» 2020-ci ili 25 milyon 775 min manata başa vurub.
Bu ötən illə müqayisədə 23% azdır, ötən il «Xalq Bank»ın xalis mənfəəti 33,5 milyon manat olmuşdu.
Hesabat dövründə «Xalq Bank»ın aktivləri 105,4 milyon manat və ya 4,3% azalaraq 2 milyard 353 milyon manata enib.
Aktivlərin azalmasının əsas səbəbi, bankın kredit portfelinin son illər ərzində ən sürətlə kiçilməsi olub. 2020-ci ildə «Xalq Bank»ın kredit portfeli 354,5 milyon manat və ya 19,4% azalıb.
Ötən il bankın öhdəliklərində də azalma olub, bu göstərici 122 milyon manat azalaraq 1 milyard 916,3 min manata enib.
Öhdəliklərin azalması bankdakı depozitlərin azalması ilə bağlıdır. 2020-ci ildə «Xalq Bank»ın depaozit portfeli 124,5 milyon manat və ya 7,3% kiçilib.
Hesabat ilində «Xalq Bank»ın kapitalı 17 milyon manat və ya 4% artaraq 436,8 milyon manata yüksəlib.