2024-cü ildə "Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 848 milyon 92 min manata çatıb.
FED.az bu barədə bankın rüblük hesabatlarına istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisədə 126 milyon 933 min manat və ya 17,6% artaraq
Bundan başqa bankın istehlak kreditləri portfeli 293 milyon 398 min manata, biznes kreditləri portfeli 399 milyon 112 min manata, ipoteka kreditləri portfeli isə 155 milyon 582 min manata qalxıb.
İllik müqayisədə istehlak kredit portfeli 53 milyon 764 min manat (22%), biznes kreditləri portfeli 53 milyon 707 min manat (16%), ipoteka kreditləri portfeli isə 19 milyon 463 min manat (14%) artıb.
Bundan başqa istehlak kreditləri ötən il ümumi kredit portfelinin 34,6%-ni, biznes kreditləri 47,1%-ni, ipoteka kreditləri isə 18,3%-ni təşkil edib. 2023-cü ildə isə istehlak kreditləri ümumi kredit portfelinin 33,2%-ni, biznes kreditləri 47,9%-ni, ipoteka kreditləri isə 18,9%-ni təşkil edirdi.
Qeyd edək ki, "Rabitəbank"ın cəmi aktivləri 16 milyon 15 min manat və ya 1,4% artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 154 milyon 464 min manat təşkil edib. Bank 2023-cü ilin sonunda 1 milyard 138 milyon 450 min manat cəmi aktivlərə malik idi.