Azərbaycanın ən böyük filial şəbəkəsinə malik olan banklardan olan «Muğanbank» 2021-ci ilin yanvar-mart ayıları üzrə hesabatını açıqlayıb.
Banklar 1-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, Bank 1-ci rübü 1,593 milyon manat mənfəətlə başa vurub. Xatırladaq ki, Bank ötən ilin eyni dövründən 1,3 milyon manat zərərlə çıxmışdı.
Yanvar-mart aylarında «Muğan Bank»ın faiz gəlirləri 6 305 min manat, faiz xərcləri 5 904 min manat, xalis faiz gəliri 400 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9 295 min manat, qeyri-faiz xərci 8 003 min manat olub.
Nəticədə «Muğanbank» 1-ci rübü 1 692 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bunun 99 min manatı aktivlər üzrə mümkün zərərlərdən ehtiyat üçün ayrılıb.
Nəticədə bank rübü 1 593 min manat xalis mənfəətlə başa vurub.
Birinci rübdə «Muğanbank»ın aktivləri 8,5 milyon manat və ya 1,4% artaraq 599 374 min manata yüksəlib.
Bankın xalis kredit portfeli 9,6 milyon manat artaraq 337 milyon manata yüksəlib. Bu dövrdə biznes kreditlər 10,8 milyon manat artaraq 203,2 milyon manatdan 213 milyon manata qalxıb, istehlak kreditləri 20,7 milyon manat, daşınmaz əmlak kreditləri isə 110,8 milyon manat təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri təqribən 2 milyon manat artaraq 505 940 min manata yüksəlib, depozit portfeli 250,4 milyon manat olub.
«Muğanbank»ın depozit portfelinin böyük hissəsini – əmanətlər təşkil edir ki, onlar da 5 milyon manat artımla 214 milyon manata yüksəlib. Hüquqi şəxslərin depozitləri isə 36,4 milyon manatdır.
Rübün sonuna bankın kapitalı 6,5 milyon manat artaraq 93,4 milyon manata yüksəlib. Səhmdar kapitalı isə 102,5 milyon manatdan 107,5 milyon manat çatıb.