"Expressbank" ASC 2024-cü ilin 1-ci rübünü 3 milyon 396 min manat xalis mənfəət ilə başa vurub.
Bu barədə FED.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
"Expressbank" hesabat dövründə 1 milyon 32 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə bankın faiz gəlirləri 15 milyon 708 min manat təşkil edib ki, bunun da 14 milyon 483 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 2 milyon 742 min manat və ya 21%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 2 milyon 828 min manat (24%) artıb.
Bundan başqa 4 milyon 215min manat faiz xərcinin 2 milyon 409 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 893 min manat (27%) artıb.
Beləliklə xalis faiz gəlirləri 1 milyon 849 min manat (19%) artaraq 11 milyon 493 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 4 milyon 463 min manat, xərcləri isə 10 milyon 916 min manat təşkil edib. 2023-ci ilin sonu ilə müqayisədə xərclər 143 min manat (1%) artıb.
Əmək haqqı xərcləri isə 5 milyon 151 min manata çatıb.
Bundan başqa ümumi və inzibati xərclər 1 milyon 704 min manata, amortizasiya xərcləri isə 466 min manata, digər xərclər isə 5 milyon 594 min manata bərabər olub.
2024-cü ilin ilk rübündə "Ekspressbank" 531 milyon 812 min manat aktivlərə malik olub.
Cari ilin ilk rübündə "Ekspressbank" 417 milyon 763 min manat kredit portfelinə malik olub.
"Ekspressbank"ın kredit portfelinin həcmi son 3 ayda 8 milyon 510 min manat (2%) böyüyüb.
Onun da 196 milyon 2 min manatını istehlak, 115 milyon 212 min manatını biznes kreditləri, 106 milyon 549 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-ci iin sonu ilə müqayisədə istehlak kreditləri 6 milyon 640 min manat (4%), biznes kreditləri 1 milyon 819 min manat (2%), ipoetka kreditləri 51 min manat böyüyüb.
Ümumi kredit portfelinin 5 milyon 618 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 412 milyon 145 min manat olub ki, bu da son bir ildə 7 milyon 891 min manat, başqa sözlə 2% artım deməkdir.
"Ekspressbank"ın öhdəlikləri 398 milyon 483 min manata çatıb.
Bankın depzoit portfeli də böyüyüb. Belə ki, ümumi depzoit portfeli 209 milyon 432 min manat təşkil edib. Onun da 156 milyon 882 min manatını fiziki, 52 milyon 550 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 4 milyon 747 min manat (3%) böyüyüb.
Bankın balans kapitalı 3 milyon 421 min manat (3%) artaraq 133 milyon 329 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 3 milyon 396 min manat, başqa sözlə 28% artaraq 15 milyon 411 min manata yaxınlaşıb.