Azərbaycanın bank sektorunun fəal iştirakçılarından olan «Expressbank» 2024-cü ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank II rübdə 32,2 milyon manat cəmi faiz gəliri əldə edib. Onun da 29,6 milyon manatı müştərilərə verilmiş kreditlər hesabına, 1,4 milyon manatı isə ticarət və investisiya qiymətli kağızları hesabına formalaşıb.
Son bir ildə cəmi faiz gəlirləri 5,2 milyon manat (19%), müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 5,7 milyon manat (24%) artıb.
Bu dövrdə bankın faiz xərcləri 8,9 milyon manat təşkil edib ki, bunun da böyük hissəsi 5 milyon manatı, depozitlər üzrə faiz xərclərinin payına düşüb. Onlar da müvafiq olaraq 1,8 milyon manat (25%), depozitlər üzrə faiz xərcləri isə 256 min manat (5%) artıb.
Gəlir və xərclərdən sonra xalis faiz gəlirləri illik müqayisədə 3,5 milyon manat (17%) artımla 23,3 milyon manata bərabər olub.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 579 min manat (6%) artaraq 9,8 milyon manata, qeyri-faiz xərcləri isə 2,6 milyon manat (13%) artaraq 23,2 milyon manata çatıb.
Xərclərin də 11,5 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 3,4 milyon manatı inzibati xərclərin, 912 min manatı amortizasiya xərclərinin, 7,3 milyon manatı isə digər xərclərin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə əmək haqqı xərcləri 1,4 milyon manat (14%), ümumi və inzibati xərclər 35 min manat (1%), digər xərclər isə 1,3 milyon manat (22%) artıb.
1,6 milyon manatlıq mənəət vergisi ödənişindən sonra bank II rübü 6 milyon manat xalis mənfəətlə tamamlayıb.
2023-cü ilin sonunda "Expressbank" 556 ,9 milyon manat aktivlərə malik olub.
Aktivlərin 41,9 milyon manatını nağd pul vəsaitləri,31,9 milyon manatını ticarət və qiymətli kağızlar. 5 milyard 440,1 milyon manatını isə kredit portfeli təşkil edib.
Nağd pul vəsaitləri 5,1 milyon manat (14%) artıb.
Bankın cəmi kredit portfeli 2024-cü ilin II rübündə 2023-ci ilin sonu ilə müqayisədə 31,7 milyon manat və ya 6% artıb. O cümlədən, "Expressbank"ın istehlak kreditləri portfeli 16 milyon manat (8%) artaraq 1 milyard 205,4 milyon manata, biznes kreditləri portfeli 13,4 milyon manat və ya 12% artaraq 126,8 milyon manata, ipoteka kreditləri portfeli 2,3 milyon manat və ya 2% artaraq 108,8 milyon manata çatıb.
Bankın öhdəlikləri hesabat dövründə 420,6 milyon manat olub.
"Expressbank"ın depozit portfeli 218,4 milyon manat təşkil edib ki, onun da 170,7 milyon manatı fiziki şəxslərin, 47,7 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Fiziki şəxslərin əmanətləri son 6 ayda 18,6 milyon manat (12%) böyüyüb.
ABB-nin kapitalı 6,3 milyon manat (5%) artaraq 136,2 milyon manata, bölüşdürülməmiş mənfəəti 6 milyon manat (50%) artaraq 18 milyon manata çatıb.