"Azər Türk Bank" bu ilin ikinci rübünün nəticələrilni açıqlayıb.
FED.az xəbər verir ki, bank II rübü 13 milyon 550 min manat xalis mənfəətlə tamamlayıb.Bu illik müqayisədə 6 milyon 398 min manat və ya 89,5% çoxdur.
"Azər Türk bank" hesabat dövründə 2 milyon 498 min manat mənfəət vergisi ödəyib. Bu da illik müqayisədə 898 min manat (56,1%)
Hesabat dövründə bankın faiz gəlirləri 49 milyon 85 min manat təşkil edib ki, bunun da 32 milyon 696 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 19 milyon 623 min manat və ya 68,3%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 13 milyon 140 min manat (67,2%) artıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 244 min manat və ya 2,8 dəfə artaraq 379 min manata, depozitlər üzrə faiz gəlirləri isə 5 milyon 362 min manat (79,4%) artaraq 12 milyon 118 min manata çatıb.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 3 milyon 549 min manata bərabər olub ki, bu da illik müqayisədə 1 milyon 135 min manat və ya 47% çoxdur.
Digər faiz gəlirlərində isə 43 min manat, başqa sözlə 14,3% artım baş verib və 344 min manat təşkil edib.
Bundan başqa 19 milyon 908 min manat faiz xərcinin 17 milyon 586 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 10 milyon 181 min manat (2 dəfə) və 9 milyon 853 min manat (2,3 dəfə) artıb.
Beləliklə xalis faiz gəlirləri 9 milyon 743 min manat (50,1%) artaraq 20 milyon 179 min manata yüksəlib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 18 milyon 887 min manat olub. Bu da son bir il ərzində 4 milyon 463 min manat (30,9%) artım deməkdir.
Bu gəlirlərə 553 min manat dəyərində hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri, 7 milyon 847 min manat dəyərində xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla) və 10 milyon 488 min manat dəyərində isə digər xidmət növlərindən komisyon gəliri daxildir. İllik müqayisə ilə hesabların aparılması üzrə xidmətlərdən komisyon gəlirləri 97 min manat (23,1%), xarici valyutadan gəlirlər 440 min manat (5,9%), digər xidmət növlərindən komisyon gəlirləri isə 3 milyon 927 min manat (59,9%) artıb.
Hesabat dövründə qeyri-faiz xərcləri 6 milyon 679 min manat və ya 28,6% artaraq 30 milyon 9 min manata yüksəlib.
Əmək haqqı xərcləri 12 milyon 790 min manata çatıb. Bu xərclər son bir il ərzində 3 milyon 762 min manat (41,7%) artıb.
Bundan başqa ümumi və inzibati xərclər 12 milyon 26 min manata, amortizasiya xərcləri isə 2milyon 106 min manata, digər xərclər isə 3 milyon 87 min manata bərabər olub.
İllik müqayisə ilə ümumi və inzibati xərclər 3 milyon 621 min manat (43,%), amortizasiya xərcləri 605 min manat (40,3%) artıb.
2024-cü ilin ikinci rübündə "Azər Türk Bank" 1 milyrard 496 milyon 59 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 646 milyon 200 min manat və ya 76% artıb.
Cari ilin II rübündə "Azər Türk Bank" 751 milyon 594 min manat kredit portfelinə malik olub.
"Azər Türk Bank"ın kredit portfelinin həcmi son bir ildə 344 milyon 760 min manat (84,7%) böyüyüb.
Onun da 267 milyon 945 min manatını istehlak, 298 milyon 288 min manatını biznes kreditləri, 185 milyon 361 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-ci iin sonu ilə müqayisədə istehlak kreditləri 60 milyon 18 min manat (28,9%), biznes kreditləri 254 milyon 28 min manat (6,7 dəfə), ipoteka kreditləri isə 30 milyon 714 min manat (19,9%) böyüyüb.
Ümumi kredit portfelinin 11 milyon 812 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 739 milyon 783 min manat olub ki, bu da son bir ildə 340 milyon 160 min manat, başqa sözlə 85,1% artım deməkdir.
"Azər Türk Bank"ın öhdəlikləri 624 milyon 903 min manat (80,9%) böyüyərək 1 milyard 397 milyon 530 min manata çatıb.
Bankın depzoit portfeli də böyüyüb. Belə ki, ümumi depzoit portfeli 891 milyon 972 min manat təşkil edib. Onun da 225 milyon 37 min manatını fiziki, 666 milyon 735 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Ünmuoi depozit portfeli 508 milyon 829 min manat (2,3 dəfə), fiziki şəxslərin depozitləri 18 milyon 889 min manat (9,2%) hüquqi şəxslərin depozitləri isə 489 milyon 941 min manat (3,8 dəfə) böyüyüb.
Bankın balans kapitalı 21 milyon 297 min manat (27,6%) artaraq 98 milyon 528 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 20 milyon 459 min manat, başqa sözlə 90,7% artaraq 43 milyon 17 min manata yaxınlaşıb.