"Azər Türk Bank" ASC 2024-cü ilin 1-ci rübünü 7 milyon 907 min manat xalis mənfəət ilə başa vurub.
Bu barədə FED.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
Xalis mənfəət son bir il ərzində 4 milyon 828 min manat və ya 2,6 dəfə artıb.
"Azər Türk bank" hesabat dövründə 705 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə bankın faiz gəlirləri 23 milyon 176 min manat təşkil edib ki, bunun da 15 milyon 156 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 9 milyon 8 min manat və ya 64%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 6 milyon 96 min manat (67%) artıb.
Bundan başqa 8 milyon 391 min manat faiz xərcinin 7 milyon 289 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 3 milyon 658 min manat (77%) və 3 milyon 541 min manat (94%) artıb.
Beləliklə xalis faiz gəlirləri 5 milyon 350 min manat (57%) artaraq 14 milyon 785 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 8 milyon 414 min manat, xərcləri isə 13 milyon 828 min manat təşkil edib. 2023-ci ilin sonu ilə müqayisədə gəlirlər 1 milyon 719 min manat (26%), xərclər 2 milyon 544 min manat (23%) artıb.
Əmək haqqı xərcləri isə 6 milyon 2min manata çatıb. Bu xərclər son bir il ərzində 1 milyon 677 min manat (39%) artıb.
Bundan başqa ümumi və inzibati xərclər 5 milyon 614 min manata, amortizasiya xərcləri isə 1 milyon 16 min manata, digər xərclər isə 1 milyon 196 min manata bərabər olub.
Ümumi və inzibati xərclər 1 milyon 816 min manat (48%) artıb.
2024-cü ilin ilk rübündə "Azər Türk Bank" 1 milyrard 458 milyon 532 min manat aktivlərə malik olub.
Aktivlər son bir ildə 545 milyon 233 min manat və ya 60% artıb.
Cari ilin ilk rübündə "Azər Türk Bank" 674 milyon 410 min manat kredit portfelinə malik olub.
"Azər Türk Bank"ın kredit portfelinin həcmi son 3 ayda 306 milyon 914 min manat (84%) böyüyüb.
Onun da 238 milyon 675 min manatını istehlak, 252 milyon 820 min manatını biznes kreditləri, 182 milyon 914 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-ci iin sonu ilə müqayisədə istehlak kreditləri 64 milyon 233 min manat (37%), biznes kreditləri 208 milyon 978 min manat, 33 milyon 702 min manat (23%) böyüyüb.
Ümumi kredit portfelinin 10 milyon 982 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 663 milyon 427 min manat olub ki, bu da son bir ildə 302 milyon 476 min manat, başqa sözlə 84% artım deməkdir.
"Azər Türk Bank"ın öhdəlikləri 525 milyon 518 min manat (63%) böyüyərək 1 milyard 366 milyon 23 min manata çatıb.
Bankın depzoit portfeli də böyüyüb. Belə ki, ümumi depzoit portfeli 912 milyon 177 min manat təşkil edib. Onun da 220 milyon 648 min manatını fiziki, 691 milyon 529 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Ünmuoi depozit portfeli i 510 milyon 632 min manat (2,3 dəfə), fiziki şəxslərin depozitləri 22 milyon 323 min manat (11%) hüquqi şəxslərin depozitləri isə 493 milyon 709 min manat (3,5 dəfə) böyüyüb.
Bankın balans kapitalı 19 milyon 715 min manat (27%) artaraq 92 milyon 509 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 18 milyon 890 min manat, başqa sözlə 2 dəfə artaraq 37 milyon 375min manata yaxınlaşıb.