2024-cü ilin ilk rübündə "AFB Bank"ın kredit portfeli 176 milyon 898 min manat təşkil edib,
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Onun da 21 milyon 163 min manatı istehlak, 92 milyon 154 min manatı biznes, 63 milyon 581 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
Əvvəlki rüb ilə müqayisədə ipoteka kreditlərinin həcmi 1 milyon 763 min manat (3%) böyüyüb.