"AFB Bank" ASC bu ilin III rübü üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bank bu dövrdə 2 milyon 127 min manat xalis mənfəət əldə edib. Mənfəət vergisi ödənişi etməyib.
Faiz gəlirləri artıb
«AFB Bank»ın faiz gəlirləri 16 milyon 972 min manat təşkil edib. Bu 2023-cü ilin eyni dövrünə nisbətən 2 milyon 47 min manat (14%) artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi – 13 milyon 219 min manatı kredit portfelinin qazancıdır. Ötən ilini eyni dövrü ilə müqayisədə bu göstərici 3 milyon 490 min manat və ya 36% artıb.
Faiz xərcləri 773,4 min manat (22%) artaraq 4 milyon 295 manata yüksəlib.
Bunun da 2 milyon 695 min manatı depozitlər üzrə xərclərdir ki, bu da illik 1 milyon 55 min manat, (64%) artıqdır.
Beləliklə, xalis faiz gəlirləri 12 milyon 677 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 274 min manat və ya 11% çoxdur.
Qeyri-faiz gəlirləri 6 milyon 558 manat, xərcləri isə 15 milyon 192 min manat olub. Gəlirlər 202,5 min manat (3%), xərclər 1 milyon 770 manat (13%) artıb.
Qeyri-faiz gəlirlərinin 5 milyon 125 min manatı alınan haqq və komissiya gəlirlərinin 1 milyon 155 min manatı xarici valyutadan gəlirlərin payına düşüb
Əmək haqqı xərcləri yarım milyon manatdan çox artıb
Hesabat dövründə əmək haqqı xərcləri 650,8 min manat (13%) artaraq 5 milyon 729 min manata yüksəlib.
Ümumi və inzibati xərclər 3 milyon 934 min manat, amortizasiya xərcləri 1 milyon 403 min manat, digər xərcləri 4milyon 95 min manat olub. Əvvəlki illə müqayisədə ümumi və inzibati xərcləri 514,5 min manat (15%) amortizasiya xərcləri 50,2 min manat (4%), digər xərcləri isə 564 min manat (16%) artıb.
Aktivləri 300 milyon manatı keçib
"AFB Bank" bu ilin III rübündə 312 milyon 996 min manat cəmi aktivlərə malik olub.
Onun da 31 milyon 648 min manatını nağd pul vəsaitləri, 16 milyon 719 min manatını isə qiymətli kağızlara yatırımlar, 38 milyon manatını banklar və digər maliyyə institutlarındakı depozitlər təşkil edib. Qiymətli kağızlara yatırımlar ötən ilin sonu ilə müqayisədə 24 milyon 856 min manat (2,5 dəfə) azalıb.
Hesabat dövründə "AFB Bank"ın cəmi kredit portfeli 11 milyon 941 min manat və ya 7% artaraq 192 milyon manata yaxınlaşıb.
Biznes kreditlərin həcmi 5 milyon 174 min manat (5%) artaraq 101 milyon 399 min manata, daşınmaz əmlak kreditlərinin 8 milyon 556 min manat (14%) artaraq 70 milyon 374 min manata yüksəlib. Bank bu dövrdə müştərilərinə 20 milyon 218 min manat istehlak krediti verib.
"AFB Bank"ın bu dövrdə öhdəlikləri 237 milyon 644 min manata, depozitləri 151 milyon 777 min manata, ondan fiziki şəxslərin depozitləri 67 milyon 906 min manata, hüquqi şəxslərin depozitləri isə 83 milyon 871 min manata bərabər olub.
Balans kapitalı isə 75 milyon 351 min manat təşkil edib.