Ötən ilin son rübündə Azərbaycanda fəaliyyət göstən banklardan biri istisna olmaqla 22 bankın kredit portfelində artan dinamika hiss olunub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Ən yüksək artım "Xalq Bank"da baş verib. Belə ki, bu bankın ümumi kredit portfeli 2022-ci ilin IV rübü ilə müqayisədə 1 milyard 87 milyon 151 min manat və ya 2,7 dəfə artaraq 1 milyard 826 milyon 964 min manat təşkil edib.
Növbəti yüksək artım ölkənin nəhəng bankı olan "Azərbaycan Beynəlxalq Bank"ında olub - 1 milyard 518 milyon 189 min manat və ya 43% artım. Artıım nəticəsində ABB-nin kredit protfeli 5 milyard manatı keçib.
"Azər Türk Bank"ın kredit portfelində isə 39,1% və ya 125 milyon 676 min manat artım baş verib. IV rübdə "Azər Türk Bank" 447 milyon 399 min manat kredit porfelinə malik olub.
İlk beşlikdə həmçinin 37,8%-lik və ya 112 milyon 169 min manat artımla "Ekspressbank" və 35,3%, başqa sözlə, 1 milyard 114 milyon 54 min manat artımla "Kapital Bank" da yer alıb.
"Bank Melli İran"ın kredit portfeli isə 3 milyon 830 min manat və ya 2,3 dəfə azalaraq 4 milyon 78 min manata düşüb.
Bankların kredit portfeli üzrə göstəriciləri və dinamikası haqqında daha ətarflı FED.az RENKİNQ-də tanış ola bilərsiniz.