«Naxçıvanbank» 2020-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
FED.az Bankın hesabatına istinadən xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 2 milyon 696 min manat (ötən illə müqayisədə 78% artıb), faiz xərcləri cəmi 171 min manat (42,5% artıb) təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 milyon 279 min manat (80,6% artıb), qeyri-faiz xərcləri 1 milyon 196 min (27,5% artıb) manat olub. Nəticədə «Naxçıvanbank» 1-ci rübü 2 milyon 608 min manat əməliyyat mənfəəti ilə (2,3 dəfə artb) başa vurub.
Bu məbləğin 430 min manatı aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün ehtiyatlara yönəldilib və qalan 2 milyon 177 min manat bankın xalis mənfəəti olub. 1-ci rübdə bank mənfəəti vergisi ödəməyib.
Bu 2029-cu ilin 1-ci rübü ilə müqayisədə təqribən 2 dəfə, daha dəqiqi 1,95 dəfə artıqdır.