Fəaliyyətini dayandırmış “Dəmirbank”ın əmanətçilərinin bir hissəsi geri aldığı əmanətləri Kapital Banka yatırmağa başlayıblar. FED.az xəbər verir ki, “Dəmirbank”ın keçmiş əmanətçilərinin seçiminin əsas səbəbləri sırasında bu bankın yüksək mənfəəti ilə yanaşı, həm də kompensasiyalarını məhz bu bankın filiallarından almaları da var.
Üstəlik, kompensasiyalar nağd şəkildə əmanətçinin əlinə verilmir, məhz “Kapitalbank”ın debet kartlarına yatızdırılır. Beləliklə, müştəriyə onun adına açılmış Kapitalbankın hazır debet kartı verilir. Kim isətəsə kartdan pulunu dərhal çıxarıb nağdlaşdırır, buna ehtiyac duymayanlar isə banka müraciət edərək həmin vəsaiti əmanət kimi yerləşdirə bilərlər.
Əmanətlərin Sığortalanması Fondunun mətbuat rəhbəri Fuad Hüseynəliyev FED.az-a bildirib ki, qorunan əmanətlər üzrə hər bir şəxsin adına xüsusi olaraq buraxılan kart bir il ərzində aktivdir. Yəni, kompensasiyasını alan şəxs bir il ərzində həmin kart vasitəsilə öz pulunu nağdlaşdıra bilər. Bu zaman əmanətçilərdən nağdlaşdırmaya görə vergi, bank komissiyası da tutulmur və nağdlaşdırmaya görə tətbiq edilən 15 min manat həcmində limit məhdudiyyəti yoxdur.
“Dəmirbank”ın əmanətçiləri pullarını bu banka yatırırlar
17:17
2 Fev 2018