Azərbaycan banklarının kredit portfeli bu ilin yanvar-fevral-mart aylarında 75 milyon manat azalıb. FED.az xəbər verir ki, ən böyük azalma Bank VTB Azərbaycanın portfelində qeydə alınıb: 76,9%. Bankın kredit portfeli 2017-ci ilin 1-ci rübündə 281 milyon manat təşkil etdiyi halda, 2018-ci ilin 1-ci rübündə 64 milyon manata düşüb.
Azalmalarda “qırmızı zolağa” düşən ikinci bank Bank of Bakudur. Bu bankın kredit portfeli 3 ayda 10% düşərək, 177 min manat təşkil edib. Azərbaycan Sənaye Bankı da müştərilərə verdiyi kreditlərin həcmini 9,4% azaldıb və 270 min manatla mənfi nisbi dinamika nümayiş etdirib.
Kredit portfeli azalmaqda davam edən banklar arasında dövlət bankları da var. Azərbaycan Beynəlxalq Bankının portfeli 6,4%, Azər-Türk Bank isə 2,2% azalıb.
Bu ilin üç ayı üzrə kredit portfelindəki dəyişikliklər belədir:
Sirası |
Bankın adı |
IV rüb 2017, min manatla |
I rüb 2018, min manatla |
1 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
1784,4 |
1670,4 |
2 |
Xalq Bank ASC |
1312,2 |
1322,5 |
3 |
Kapital Bank ASC |
1244,0 |
1213,5 |
4 |
PAŞA Bank ASC |
943,1 |
1200,5 |
5 |
AccessBank QSC |
503,5 |
491,2 |
6 |
AtaBank ASC |
464,0 |
464,3 |
7 |
Silk Vey Bank ASC |
375,6 |
412,7 |
8 |
Muğanbank ASC |
349,1 |
342,6 |
9 |
Unibank KB ASC |
280,1 |
296,5 |
10 |
AGBank ASC |
282,9 |
278,8 |
11 |
Nikoil Bank İKB ASC |
291,0 |
278,1 |
12 |
TuranBank ASC |
266,8 |
272,3 |
13 |
Azərbaycan Sənaye Bankı ASC |
298,8 |
270,7 |
14 |
Bank Respublika ASC |
229,6 |
248,0 |
15 |
Rabitəbank ASC |
234,6 |
246,1 |
16 |
AFB Bank ASC |
218,1 |
226,2 |
17 |
Expressbank ASC |
167,6 |
189,8 |
18 |
Bank of Baku ASC |
197,7 |
177,8 |
19 |
NBCBank ASC |
154,4 |
164,6 |
20 |
Bank BTB ASC |
130,9 |
153,5 |
21 |
Günay Bank ASC |
139,5 |
146,3 |
22 |
Yapı Kredi Bank Azərbaycan QSC |
146,0 |
144,2 |
23 |
Azər Türk Bank ASC |
119,7 |
117,0 |
24 |
Bank Avrasiya ASC |
85,3 |
89,8 |
25 |
Amrahbank ASC |
95,2 |
89,6 |
26 |
Ziraat Bank Azərbaycan ASC |
67,9 |
79,4 |
27 |
Bank VTB (Azərbaycan) ASC |
281,2 |
64,8 |
28 |
Bank Melli İran Bakı filialı |
3,4 |
3,2 |
29 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
1,6 |
1,7 |
30 |
Naxçıvanbank ASC |
63,4 |
|
|
CƏMİ |
10 731 |
10 656 |
2018-ci ilin birinci rübünə görə, ümumilikdə bankların kredit portfelləri üzrə reytinqdən görünür ki, ilk beşlikdə Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank, Kapital Bank, PAŞA Bank, və Access Bank yer alır. Əgər Beynəlxalq Bankın və Azər-Türk Bankın dövlət bankı kimi göstəricisini çıxsaq, belə çıxır ki, ölkədəki 28 kommersiya bankı 8 milyard 869 milyon manat kredit portfelinə malikdir.
Kredit portfeli üzrə dinamika isə aşağıdakı cədvəldə öz əksini tapıb.
İlhamə Abdullayeva