Azərbaycanda bankların biznes sektoruna kreditləşməni artırması və risklərinin tənzimlənməsi üçün ölkədə istehlak kreditləri ilə bağlı məhdudiyyət tətbiq ediləcək.
Eləcə də bax: Azərbaycanda verilən kreditlərin 50%-dan çoxunu – İSTEHLAK KREDİTLƏRİ TƏŞKİL EDİR
Bu barədə FED.az-ın canlı yayımında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, dövlət başçısının da tapşırığına görə, ölkədə biznes kreditlərini stimullaşdırmaq lazımdır. Amma AMB bunu banklara göstəriş verməklə etmək olmaz: «Banklar kommersiya müəssisəsidir biz onlara göstəriş verə ilmərik. Bunun üçün makroiqtisadi və struktur stimulları tələb olunur.
E.Rüstəmov bildirib ki, məsələn İpoteka Kredit Zəmanət Fondu bu sahədə daha ciddi addımlar ata bilər – onun böyük potensialı var.
AMB rəhbəri ölkədə istehlak kreditlərinə məhdudiyyət qoyulacağını da açıqlayıb: «Mən növbəti dəfə istehlak kreditlərini artmasından narahatlıımı bildirirəm və yəqin ki, tənzimləmə məsələsində dəyişiklik edəcəyik ki, həm əhalinin borc yükü azaldılsın, həm də bankların riskləri daha yaxşı tənzimlənsin».