Azərbaycanda verilən kreditlərin 50%-dan çoxu istehlak kreditlərinin payına düşür.
FED.az Mərkəzi Bankın açıqladığı bəyanata istinadən xəbər verir ki, ilin əvvəlindən kredit qoyuluşları 16.1% artmışdır ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlib. Kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatıb.
Eləcə də bax:Azərbaycanda 42 min nəfər kredit alanın – BORCU TAM BAĞLANIB
Bankların başlıca resurs mənbələrindən olan əhalinin bank əmanətləri ilin əvvəlindən 3.7% artaraq 8.7 mlrd. manata çatıb. Əmanətlərin 84.4%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Maliyyə sektorunda restrukturizasiya proseslərinin tamamlanmaması əmanətlərin sığortalanması sisteminin təkmilləşməsinə ləngidici təsir edən amillərdən biri olub.