FED.az 36 və 48 aylıq milli valyuta əmanəti üçün təklif edilən faiz dərəcələrinə görə bankların sıralaması təqdim edir.
İlk olaraq onu demək olar ki, əksər banklarda fiziki şəxslər üçün əmanət faizləri 7.25-12.5% arasında dəyişir.
Manatla depozit yerləşdirmək üçün 36 aylıq ən yüksək faiz təklif edən bank “TuranBank” ASC (12.5%), minimum faiz dərəcəsi təklif edən bank isə “Ziraat Bank Azerbaycan” ASC (7.25%)-dir.
Milli valyutada 48 aylıq depozit yerləşdirmək yalnız “AccessBank” QSC və “AtaBank” ASC-də mümkündür.
Ümumi siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Banklar |
Müddətlər üzrə faiz dərəcəsi (%) |
Minimal məbləğ, milli valyutayla
|
Əmanətin adı
|
|
36 ay |
48 ay |
|
||
AccessBank QSC |
8 | 8 | 50 | “Yığım” əmanəti |
Amrahbank ASC | 9 | – | 50 | |
AtaBank ASC |
11 | 11.25 | 500 | “Universal” əmanət |
Azərbaycan Beynəlxalq Bankı ASC | 8.5 |
|
||
Bank BTB ASC |
11 | – | 100 | “Müddətli” əmanət |
NİKOYL Bank İKB ASC | 10 | – | 100 | |
TuranBank ASC |
12.5 | – | 100 | |
Unibank KB ASC |
10.5 | – | 500 | “Müddətli” depozit |
Yapı Kredi Bank Azərbaycan QSC | 8 | – | 250 | |
Ziraat Bank Azerbaycan ASC |
7.25 | 1000 |
Qeyd edək ki, “Paşa Bank ASC” faiz dərəcələrini fərdi qaydada müəyyənləşdirir.